"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Threads-ə paylaşımların redaktə edilməsi funksiyası əlavə edilib

Meta şirkətinin CEO-su Mark Zuckerberg, şirkətin X (keçmiş Twitter) analoqu olan Threads-ə paylaşımların redaktə edilməsi funksiyasının əlavə edildiyini anons edib. İstifadəçilər öz paylaşımlarını paylaşdıqdan sonrakı 5 dəqiqə ərzində bu funksiya sayəsində onları redaktə edə biləcəklər. Qeyd etmək lazımdır ki, X-də paylaşımların redaktə edilməsi funksiyası yalnız aylıq abunəliyə qoşulmuş istifadəçilər üçün aktivdir. Threads-də isə sözügedən funksiya hamı üçün aktiv olacaq.

Bununla yanaşı X-dən fərqli olaraq Threads-də paylaşımların redaktə olunması tarixçəsi görünməyəcək. Bundan əlavə olaraq Threads üçün Voice Threads adlı funksiya da anons edilib. Adından da bəlli olduğu kimi bu yeni funksiya Threads-də səsli paylaşımların əlavə edilməsini mümkün edəcək. Səsin yazılmasından sonra sistem onun üçün uyğun başlığı tərtib edəcək. Lakin istifadəçi öz istəyinə uyğun olaraq tərtib edilmiş başlığı redaktə edə biləcək. Bu yeni funksiyalar yaxın zamanda hamı üçün Threads-in həm mobil tətbiqində həm də veb versiyasında istifadəyə veriləcək.