Yay fəslində Meta şirkəti tərəfindən istifadəyə verilmiş Threads adlı yeni sosial şəbəkə artıq aylıq 100 milyon aktiv istifadəçi kütləsi göstəricisinə çatıb. Bu barədə məlumatı Meta-nın CEO-su Mark Zuckerberg təqdim edib. Zuckerberg-in sözlərinə əsasən şirkət hal hazırda Threads-in növbəti inkişaf mərhələsi barəsində düşünəcəyi ana gəlib çatıb. Məlumata əsasən şirkət Threads üzərindən X (keçmiş Twitter) ilə ciddi şəkildə rəqabət apara biləcəyinə inanır. Instagram-ın rəhbəri Adam Mosseri bildirib ki, o, Threads-in Avropa Birliyi tərəfindən sosial şəbəkələrə olan tələblərinə yaxın aylar ərzində adaptasiya olacağına ümid edir.