Tesla şirkəti Cybercup adlı pilotsuz taksi ilə yanaşı həmçinin Robovan adlı pilotsuz mikroavtobusu da təqdim edib. Futuristik dizayna və avtopilot sisteminə sahib bu mikroavtobus sərnişinlərin və yüklərin daşınması üçün nəzərdə tutulub. Tesla Robovan olduqca qeyri-adi görünüşə sahibdir. Xarici görünüşcə o, təkərləri gizlədilmiş lokomotivi xatırladır. Robovan 20 nəfər sərnişin daşınmasını mümkün edir.
"Robovan nəqliyyat daxilində sərnişinlərin yüksək sıxlıqları problemini həll edəcək vasitədir. Əgər siz, futbol komandasını harasa aparmaq və ya səyahət xərcini olduqca aşağı salmaq istəyirsinizsə, Robovan-dan istifadə edə bilərsiniz” - deyə Elon Musk qeyd edib.
Robovan heç bir sükana sahib deyil. Onun idarəsi tamamilə avtopilot sistemi vasitəsilə reallaşdırılır. Sözügedən mikroavtobus Tesla Network şəbəkəsi çərçivəsində və ya Tesla müştəriləri üçün özəl nəqliyyat növü şəklində çalışa bilər. Qeyd etmək lazımdır ki, Tesla daha öncə şəhər daxili istifadəyə istiqamətlənmiş bu cür nəqliyyat vasitəsini təqdim etmək planını açıqlamışdı. Bununla belə Musk, Robovan-ın qiyməti və kütləvi istehsalat tarixi barəsindıə heç bir məlumat verməyib. Beləliklə bu elektrikli və avtopilot sistemli mikroavtobusun ictimai istifadəyə nə zaman təqdim olunacağı tam aydın deyil.