Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumları tərəfindən elan edilmiş açıq tenderlərin nəticələri açıqlanıb. Nəticələrə əsasən “Data Mərkəzinin layihələndirmə”si üzrə “Rabalon” MMC, “Yeni fiber-optik magistral şəbəkənin yaradılması” və “Passiv optik şəbəkə avadanlıqlarının satınalınması” üzrə isə “TMM TELEKOM” MMC qalib elan ediliblər. Artıq qalib şirkətlərlə satınalma müqaviləsi imzalanıb.
Bunlarla yanaşı, nəticələrə əsasən Şərur və Babək rayon rabitə idarələri tərəfindən elan olunmuş “Telefoniya şəbəkə avadanlıqlarının alınması və quraşdırılması layihəsi” üzrə tenderlər zərflər açılaraq qiymətləndirilib və “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə cavab vermədiyi üçün ləğv edilib.