"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Telekommunikasiya və İKT sahəsində görülən işlər yüksək qiymətləndirilib

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli “Rabitə ustası” adına layiq görülən sahə işçilərinə döş nişanları və vəsiqələrini təqdim edib.

Qeyd edək ki, 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ilə əlaqədar olaraq rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müvafiq əmri ilə muxtar respublikada bu sahənin inkişafında böyük əməyi olan, o cümlədən 45 ilə yaxın rabitə sahəsində fəaliyyət göstərmiş Quliyev Müseyib Yusif oğlu və Mirzəyev Azər Fərəc oğlu "Rabitə Ustası" fəxri adına layiq görülüblər.

Bu dəyərli mükafatlar telekommunikasiya və informasiya kommunikasiya texnologiyaları sahəsində çalışan hər bir mütəxəssis üçün böyük motivasiya və nümunədir.