"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Tədqiqatçılar virtual reallıqdakı qidaların dadını ala biləcəyimiz lolipop hazırlayıblar!

   Çin, Honq Konq və Yaponiyadan olan tədqiqatçıların birgə əməkdaşlığı ilə yaradılan və sadə dillə "elektrikli lolipop" adlandırılan cihazın işləmə prinsipi olduqca qəribədir. Bu ixtira, ümumilikdə 9 müxtəlif dad yarada bilir və bu dadları istifadəçiyə çatdırmaq üçün elektrik cərəyanlarından istifadə edir. Bunu bir az daha aydın izah etsək, cihazın içində saxlanılan təhlükəsiz və yeyilə bilən kimyəvi maddələr iontoforez metodu ilə istifadəçinin dilinə ötürülür. Yaradılan elektrik cərəyanlarının gücü isə virtual reallıqda oyun oynayarkən və ya film izləyərkən gördüyünüz yeməklərin dadını müəyyən edir.

Sadəcə bununla da məhdudlaşmır. Cihaza 7 fərqli qoxu kanalını əhatə edən bir qoxu interfeysinin də əlavə olunduğu qeyd edilir. Bu xüsusiyyət sayəsində VR dünyasında dad və qoxunun birləşməsi ilə daha geniş bir duyğu təcrübəsi əldə edə bilərsiniz. Təbii ki, bu vəziyyət dilə elektrik verilməsi məsələsini məntiqsiz göstərə bilər. Lakin tədqiqatçılara görə lolipop dilinizi birbaşa elektriklə vurmaq üçün deyil. Bu baxımdan, elektrik stimulyasiyasının olduqca aşağı səviyyədə olduğuna diqqət çəkilir.
    Hər nə qədər inqilabi bir ixtira kimi görünsə də, hazırda VR texnologiyaları üçün hazırlanmış bu elektrikli lolipop, yalnız məhdud sayda dad yarada bilir. Bunlara şirin, duzlu, limon turşusu, albalı, yaşıl çay, süd, durian və qreyfurt kimi dadlar daxildir. Təbii ki, gələcəkdə bu texnologiyanın daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitlər yaradıla bilər.