"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“Technest” Təqaüd Proqramı iştirakçılarının məzun günü keçirilib

21 dekabrda Saat meydanında təşkil olunan tədbirdə açılış sözü ilə çıxış edən “Coders Azerbaijan”ın icraçı direktoru Riyad Ağazadə proqramın nəticələri, iştirakçıların uğurları və gələcək planlarla bağlı danışıb.
Sonra proqram iştirakçılarının hazırladıqları layihələrin sərgisinə baxış keçirilib və layihələrin qiymətləndirilməsi aparılıb.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Təhminə Babayeva və Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbəri Əziz Hümbətov çıxış edərək məzunları təbrik edib, layihənin davamlı olmasını arzu ediblər.
Sonda Proqramı müvəffəqiyyətlə bitirən 60 gəncə məzun sertifikatları və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “Coders Azerbaijan”ın birgə əməkdaşlığı çərçivəsində 60 tələbə “Full Stack Proqramlaşdırma” tədris proqramına cəlb olunub. Təlimlər 6 ay müddətində təşkil olunub və iştirakçılar bu müddət ərzində müasir texnologiyalar sahəsində dəyərli bilik və bacarıqlara yiyələniblər.