"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Tarixin ən populyar 10 telefon və smartfonu tərtib edilib!

Ümumiyyətlə smartfonlar və ya telefonlar uzun müddətdir ki, həyatımızdadır. Dünyanın ən çox istifadə olunan bu cihazlarının sayı bəlkədə dünyadakı insanların sayından belə çoxdur. Məhz bu telefonların və smartfonların bu qədər çox olması müxtəlif brendlərin illər ərzində özlərinə məxsus yeni cihazlar təqdim etməsi ilə bağlıdır. Hətta bugün də bir çox texnologiya nəhəngi öz ənənələrini davam etdirərək yeni smartfon seriyası təqdim edirlər. Source Visual Capitalist mənbəsi tarixin ən populyar 10 telefon və smartfonu adlı siyahı tərtib edib.

Qeyd edək ki, tarixin ən populyar 10 telefon və smartfonu siyahısında liderlik Nokia brendinə məxsus olsa da, ən populyar cihaz təəccüblü şəkildə 3310 deyil. Belə ki, tarixin ən populyar telefonu məhz 250 milyon ədəd satılan Nokia 1100 modelidir. Siyahının ikinci yerində isə yenə də Nokia brendinə məxsus 1100 modelinin “qardaşı” Nokia 1110 248 milyon satış ilə demək olar ki, bu uğuru təkrarlayıb. Nəhayət 3-cü sırada Apple brendinin əfsanəvi iPhone 6 və iPhone 6 Plus modelləri dayanır. Qeyd edək ki, bu smartfonlar hələ də milyonlarla istifadəçi kütləsinə sahibdir. Kompakt dizaynı və olduqca ideal ölçüsü ilə seçilən həm də, öz zamanına görə möhtəşəm performans sərgiləyən bu smartfon 222 milyon satılıb.

Siyahının 4-cü sırasında bizi yenə də Nokia brendinə məxsus cihaz qarşılayır. Belə ki, Nokia 105 seriyası 200 milyon ədəd satış ilə siyahının 4-cü yerində qərarlaşmağı bacarıb. iPhone 6S və iPhone 6S Plus modelləri də “qardaşı” kimi siyahıya daxil olmağı bacarıb. Qeyd edək ki, bu smartfonlar 174 milyon ədəd satılıb. 6-cı sırada yenidən bir Apple modeli dayanır. iPhone 5S 165 milyon ədəd satış ilə 6-cı yerdədir. Nokia brendinin dillər əzbəri olan 3210 modelləri isə 161 milyon satış ilə 7-ci sırada yer alır. O cümlədən müvafiq olaraq iPhone 7 seriyası, iPhone 11 seriyası və iPhone XS və XR modelləri 160, 159 və 151 milyon ədəd satılaraq siyahını tamamlayıb. İlk 10-luğa daxil ola bilməsə də, Samsung brendinin E1100 modeli də 11-ci sırada qərarlaşmağı bacarıb.