Tarixdə ilk dəfə göz implantı vasitəsilə insanların görmə qabiliyyəti bərpa olunub
Neuralink şirkətinin həmtəsisçisi Max Hodak tərəfindən təsis edilmiş Science Corporation şirkəti özünün Prima adlı göz implantının ilk klinik test nəticələrini təqdim edib. Qeyd etmək lazımdır ki, bu implant makuladistrofiyadan (yaşlı insanlarda görmənin zəifləməsinin əsas səbəblərindən biri) əziyyət çəkən pasientlər üçün nəzərdə tutulub. Çox kiçik ölçüdə olan bu naqilsiz cihaz cib kompüteri və eynək ilə birlikdə çalışır. Sözügedən implantın testində 38 nəfər pasient iştirak edib.
Aparılmış testlərin nəticələrinə əsasən Prima adlı göz implantı mərkəzi baxış sahəsini itirmiş pasientlərdə görmə qabiliyyətini real formada bərpa edib. İmplanta sahib pasientlər rahatlıqla yazıları oxuya və insanların simalarını tanıya biliblər. Mütəxəssislər bildiriblər ki, bu, makuladistrofiyadan əziyyət çəkən pasientlərdə görmə qabiliyyətinin bərpası üzrə ilk haldır. Science Corporation şirkətinin təsisçisi Max Hodak bildirib ki, bu nailiyyət tibb sahəsində dönüş nöqtələrindən biridir və şirkət yaxın illərdə sözügedən göz implantını bazara çıxartmağı planlaşdırır.