"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Tam elektrikli dəniz təyyarəsi uğurla sınaqdan keçirilib!

Elektrik nəqliyyatı inqilabı indi dənizlərə yayılmağa başlayıb. Rhode Island-da yerləşən Regent Craft şirkəti tam elektriklə işləyən Viceroy Seaglider-in ilk sərnişin sınaq uçuşunu uğurla başa vurub. Bu inqilabi hidroplan, sudan cəmi bir neçə metr yüksəklikdə ultra aşağı hündürlükdə sürüşərkən sərnişinləri təhlükəsiz daşıya bilib. Dəniz təyyarələri enerjiyə qənaət etmək üçün suyun səthinə yaxın uçmağın aerodinamik üstünlüklərindən istifadə edir. 12 sərnişin və 2 ekipaj üzvü tutumuna malik olan Viceroy Seaglider 300 km/saat sürətlə 300 km məsafə qət edə bilir.

Hibrid konstruksiyaya malik olan avtomobil həm gövdəsi ilə suyun üzərində üzə bilir, həm də hidrofoilləri sayəsində dalğaların üzərində sürüşə bilir. Regent Craft keçən il ABŞ Sahil Mühafizəsindən Viceroy Seaglider-in tam miqyaslı sınaqlarını keçirmək üçün icazə alıb. Uçuş aylarla davam edən geniş sınaqlardan sonra baş tutub və şirkəti 90 milyon dollarlıq sərmayə ilə elektrik yüksək sürətli sahil nəqliyyatını reallığa çevirməyə bir addım daha yaxınlaşdırıb. Şirkət həmçinin Viceroy Seaglider üçün dünya miqyasında 9 milyard dollardan çox sifariş aldığını açıqlayaraq və bu nəqliyyat vasitələrinin turist daşımalarında, yük xidmətlərində və fövqəladə hallara reaksiyada istifadə ediləcəyini bildirib.