"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Taksi sürücülər üçün  maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əhalinin müasir rabitə, poçt və nəqliyyat xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Taksi nəqliyyatı ilə sərnişin daşımaları zamanı sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi, ictimai nəqliyyatın effektivliyinin artırılması və müasir standartlara uyğun xidmətlərin göstərilməsi də həmin tədbirlərin tərkibi hissəsidir. 

Həyata keçirilən tədbirlərin davamı olaraq 6 mart 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə Nazirliyin tabeliyində olan Dövlət Nəqliyyat Xidmətində bir qrup taksi sürücüləri üçün maarifləndirici tədbir keçirilib.

Muxtar respublikada ilk dəfə tətbiq edilməsi nəzərdə tutulan “Taksi minik avtomobillərinin sürücüləri üçün  etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsinə həsr olunan tədbirdə çıxış edən Nazirliyin Aparat rəhbəri Əziz Hümbətov xüsusi hazırlığın keçirilməsi qaydasının əhəmiyyətinə toxunaraq bildirib ki, beynəlxalq təcrübədə də geniş tətbiq olunan bu qaydalar taksi nəqliyyatı ilə sərnişin daşımalarını, nəqliyyat vasitələrini və sürücülərə dair tələbləri, eləcə də etik davranış qaydalarını özündə ehtiva edir. Vurğulanıb ki, “Avtomobil nəqliyyatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər müvafiq normativ hüquqi aktlara əsasən taksi minik avtomobillərinin sürücüləri xüsusi hazırlıq keçməlidirlər. Hazırlığın sonunda onlara müvafiq sənəd təqdim edilir.  O da diqqətə çatdırlıb ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi sürücülərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, o cümlədən məsuliyyətli olmalarına da zəmin yaradır.

“Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsinin direktor müavini-direktor vəzifəsini icra edən  Mazan Fərəcov çıxışı zamanı bildirib ki, xüsusi hazırlıq müvafiq proqram əsasında tədris olunacaq, kurslarda eyni zamanda sürücülərə muxtar respublikanın sosial əhəmiyyətli obyektləri, tarixi abidələri, muzeyləri, ali təhsil müəssisələri, eləcə də  küçə və prospektlərin adları barədə məlumatlar veriləcəkdir.  Taksi minik avtomobilinin sürücüləri etik davarnış qaydalarına əməl etməli, o cümlədən sərnişinlərlə xoş rəftar etməli, idarə etdikləri avtomobillərinin texniki vəziyyətini, təmir və baxımlarını daim diqqətdə saxlamalıdırlar. O da nəzərə çatdırılıb ki, xüsusi hazırlığın keçirilməsi taksi minik avtomobilləri ilə sərnişin daşınmasına "Buraxılış kartı"nın və “Buraxılış vəsiqəsi”nin verilməsi üçün  də şərtdir.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı-polis kapitanı Ayaz İsmayılov sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, həmçinin bu istiqamətdə inzibati məsuliyyətlər, sürücülərin hüquq və vəzifələri haqqında məlumat verib. Qeyd edilib ki, sürücülər sərnişin daşınmalarının keyfiyyətli və təhlükəsiz yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş vahid norma və qaydalara riayət etməlidirlər. Sürücülər və taksi şirkətləri sərnişinlərin təhlükəsiz və rahat bir şəkildə hərəkət etmələrini təmin etməlidirlər.

Daha sonra Xidmətin əməkdaşı Zaur Əliyevin mövzu ətrafında çıxışı dinlənilib.

Sonda sürücüləri maraqlandırılan suallar cavablandırılıb.