"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Tələbə tərəfindən hazırlanan raket 20 illik rekordu qırıb!

Cənubi Kaliforniya Universitetinin nəzdində fəaliyyət göstərən Rocket Propulsion Lab-da hazırlanmış tələbə istehsalı olan bu raket Yer səthindən 143,3 kilometr yüksəkliyə qalxaraq 2004-cü ildən bəri qırılmayan rekordu qırıb. 2004-cü ildə Mülki Kosmos Tədqiqat Qrupunun GoFast raketi 116 kilometr hündürlüyə çataraq, o vaxtlar qırılması çətin görünən rekordu qırmışdı. “Aftershock II” adlanan bu həvəskar raket həm də öz sahəsində ən sürətli raket olub. Belə ki, raket maksimal sürətə çatdıqda sürəti 5796 km/saata çatıb. Rocket Propulsion Lab-ın illərlə davam edən raket proqramından istifadə edən tələbələr, özlərindən əvvəl gələn komandaların işini nümunə olaraq götürüblər. Onlar bu rekordu qırmaq üçün Aftershock II raketində daha təkmil alovlanma sistemi, daha təkmil termal qoruma və bənzər təkmilləşdirmələrdən istifadə ediblər.