Bu ağıllı pəncərə, yağış damcılarının səthə dəyməsi nəticəsində yaranan kinetik enerjini elektrik enerjisinə çevirməklə yanaşı, həm də otaqların temperaturunu aşağı salan radiasiyalı soyutma texnologiyasından istifadə edir. Tədqiqata rəhbərlik edən professor Seung Hwan Ko, bu texnologiyanın enerji səmərəliliyi və ətraf mühitin qorunması baxımından böyük potensiala malik olduğunu bildirir.
Laboratoriya sınaqları nəticəsində məlum olub ki, ağıllı pəncərə, standart pəncərələrlə müqayisədə daxili temperatur 7 dərəcəyə qədər azalda bilir. Yağış zamanı onlar hər kvadrat metrə8.3 vatt enerji istehsal edə bilirlər. Bundan əlavə, pəncərələrdəki xüsusi örtük sayəsində qış aylarında şüşədə əmələ gələn buzları tez bir zamanda əritmək mümkündür. Bu ağıllı pəncərələrin xüsusilə enerjiyə qənaət edən binalar və elektrikli nəqliyyat vasitələri kimi sahələrdə geniş istifadə ediləcəyi gözlənilir. Ətraf mühitin çirklənməsini azaltdığı və qalıq yanacaqlardan asılılığı aradan qaldıracağı deyilən bu texnologiya, gələcəyin davamlı yaşayış sahələri üçün əhəmiyyətli bir addım ola bilər.