"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Təcrübi 6G şəbəkəsində məlumatları rekord sürətlə ötürmək mümkün olub

London Universitet Kollecinin tədqiqatçıları təcrübi 6G şəbəkəsini test ediblər. Məlumata əsasən test edilmiş təcrübi 6G şəbəkəsi məlumatların rekord sürətlə ötürülməsini təmin edərək aktual 5G şəbəkələrini 5000 dəfə üstələyib. Tədqiqatçıların sözlərinə əsasən aparılmış test çərçivəsində onlar təcrübi 6G şəbəkəsində məlumatların saniyədə 938 Gbit sürətlə ötürülməsinə nail olublar. Müqayisə üçün qeyd etmək lazımdır ki, mövcud olan 5G şəbəkələrdə məlumatların ortalama ötürülmə sürəti saniyədə 200 Mbit təşkil edir.
Təcrübi 6G şəbəkəsində bu cür yüksək sürət məlumatların elektron və optik ötürülmə üsullarının kombinasiyası sayəsində əldə edilib. Bu cür kombinasiya naqilsiz şəbəkələrin mövcud məhdudiyyətlərini geridə qoymağa imkan verib. Adətən bu cür şəbəkələr radiodalğaları tezliklərin daha dar diapazonunda istifadə edirlər. Lakin bu diapazonların yüklənmiş olmaları ötürülən məlumatın ötürülmə sürətini aşağı salır. Mütəxəssislər isə radio texnologiyalar ilə optik həlləri birləşdirərək daha geniş diapazondan istifadə ediblər və nəticədə aşağı sürət məhdudiyyətini geridə qoyublar.