İyulun 22-də Şuşa şəhərində “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu keçirilib.
Toplantıda ümumilikdə 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, 250-dən çox qonaq iştirak edib.
Açılış mərasimindən sonra forum sessiyalarla davam edib.
Sessiyalarda isə medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılıb.
Qlobal forum çərçivəsində, eyni zamanda, bəzi “side event”lərin (paralel tədbirlərin) - sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulub.
Forum iyulun 23-ü yekunlaşıb.