"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Süni zəka əsaslı Google Gemini Code Assist köməkçisinə yeni imkanlar əlavə edilib

Cloud Next konfransında Google şirkətini nümayəndəsi bildirib ki, kodlaşdırma üzrə süni zəka köməkçisi Code Assist artıq yeni süni zəka agentlərini yerləşdirmək qabiliyyətinə malikdir. Bu agentlər Google Docs sənədlərindəki məhsul spesifikasiyalarına əsaslanaraq tətbiqlər yarada və ya kodu bir proqramlaşdırma dilindən digərinə çevirə bilirlər. Code Assist artıq Android Studio mühitində də əlçatan olub və digər proqramlaşdırma mühitlərinə əlavə olunub. Code Assist-də edilən yeniləmələr GitHub Copilot, Cursor və proqramlaşdırma üzrə viral alət olan Devin-in yaradıcısı Cognition Labs kimi şirkətlərin yaratdığı rəqabət təzyiqlərinə cavab olaraq təqdim edilir.

Süni zəka əsaslı kodlaşdırma köməkçiləri bazarı hər ay böyüməyə davam edir və bu bazarın həcmi milyardlarla dollarla ölçülür. Code Assist agentlərinə artıq Gemini Code Assist Kanban adlı yeni idarəetmə paneli vasitəsilə nəzarət etmək mümkündür. Bu agentlər iş planları hazırlaya və verilmiş tapşırıqlar üzrə mərhələli irəliləyiş barədə hesabat verə bilirlər. Onlar təkcə proqram təminatı yaratmaq və kod miqrasiyası həyata keçirməklə kifayətlənmir, həm də tətbiqlərə yeni funksiyalar əlavə edə, kodu yoxlaya, modulyar testlər və sənədlər yarada bilirlər.

Hazırda Code Assist agentlərinin nə dərəcədə effektiv işlədiyini dəqiq müəyyənləşdirmək çətindir. Tədqiqatlar göstərir ki, bu gün hətta ən qabaqcıl süni intellekt əsaslı kod generatorları belə proqramlaşdırma məntiqini tam anlaya bilmədikləri üçün səhvlərə yol verə və təhlükəsizlik baxımından zəifliklər yarada bilərlər. Son sınaqlardan birində Devin yalnız 20 tapşırıqdan 3-nü uğurla yerinə yetirib. Bu səbəbdən, proqramlaşdırmada istənilən süni zəka köməkçisindən istifadə edərkən yaradılan kodun fərdi şəkildə yoxlanması tövsiyə olunur.