Süni zəka vasitəsilə tərtib edilmiş mahnı dünyanın ən çox dinlənilən mahnılardan birinə çevrilib
Spotify musiqi servisinin dünya çartları siyahısının ilk üçlüyünə süni zəka vasitəsilə tərtib edilmiş mahnı daxil olub. Parodiya məqsədli bu mahnı öz növbəsində Almaniyanın kütləvi informasiya vasitələri tərəfindən neqativ fikirlər əldə edib. Mahnı “In love with a Talahon” (alman dilində “Verknallt in einen Talahon”) adlanır. Mahnı Josua Waghubinger tərəfindən Udio adlı servis vasitəsilə tərtib edilib. Qeyd etmək lazımdır ki, bu servis süni zəka əsasında musiqi tərtibatı imkanını verən servisdir.
Josua servisə mahnı üçün nəzərdə tutulmuş sözləri əlavə edib və daha sonra mətn formatında təsvirlər əsasında vokal ilə musiqini əlavə edib. Josua-nın əsas məqsədi sürətlə məşhur ola biləcək mahnını tərtib etmək olub və nəticədə bu onda alınıb. Lakin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə mahnı neqativ qiymətləndirməyə məruz qalıb. Belə ki, məlumata əsasən mahnı özündə immiqrantlar ilə bağlı stereotipləri birləşdirir.