"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Süni zəka sisteminə sahib insana bənzər Phoenix adlı yeni robot təqdim edilib

Kanadanın Sanctuary AI şirkəti insana bənzər Phoenix adlı robotu təqdim edib. Təqdim edilmiş bu robot süni zəka sisteminə sahibdir və o, pərakəndə satış sahəsi ilə bağlı 110 tapşırığı yerinə yetirə bilir. Bura məhsulların yığımı, qablaşdırılması, işarələnməsi, onların anbarlara yığılması və s. kimi tapşırıqlar da daxildir. Phoenix adlı robotun hündürlüyü 170 sm, çəkisi isə 70 kq-dır. Bu göstəricilər orta statistik kişi nümayəndəsinin göstəriciləri ilə eynidir.

Robotun əlləri özlərində taktil texnologiyaları birləşdirirlər və onların sayəsində əllər toxunuş hissini imitasiya edə bilirlər. Phoenix 25 kq ağırlığında olan yükü qaldırmaq imkanına sahibdir. Robotun ayaqlarının uc hissələrində kiçik ölçülü təkərlər quraşdırılıb. Sözügedən təkərlər vasitəsilə robot saatda 4.8 km sürətlə hərəkət etməyi bacarır. Phoenix-in təlimatlandırılması Canadian Tire Corporation adlı şirkətlə birgə layihə çərçivəsində reallaşdırılır. Robotun istifadəsi çərçivəsində operator VR cihazdan istifadə edərək motion capture sisteminə qoşulur. Bu halda robot operatorun avatarı rolunda çıxış edir. Nəticədə Phoenix operatorun yerinə yetirdiyi hərəkətləri təkrar edir.