"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Süni zəka Nyu-York ştatında yeni qanunvericiliyin hazırlanmasında iştirak edib

Nyu-York Ştat Assambleyasının üzvü Clyde Vanel kirayə mənzil bazarının tənzimlənməsi üçün nəzərdə tutulmuş yeni qanun layihəsinin hazırlanmasında süni zəkadan istifadə edib. Hazırlanmış qanun layihəsi sənədində aydın şəkildə qeyd edilib ki, qanun layihəsi və onun üçün nəzərdə tutulmuş izahedici qeyd süni zəka tərəfindən analiz və tərtib edilib. Proses çərçivəsində isə mütəxəssislər süni zəka tərəfindən tərtib edilmiş fikirlərin doğruluğunu yoxlayıb və dəqiqləşdiriblər. Kirayə mənzil bazarının tənzimlənməsi üçün olan qanun layihəsinin süni zəka tərəfindən tərtib edilməsi Vanel tərəfindən reallaşdırılmış bir təcrübə olub.

Qanun layihəsinin tərtib edilməsində Auto-GPT adlı sistemdən istifadə edilib. Auto-GPT faktiki olaraq bir neçə ChatGPT versiyasıdır və onlar ümumi tapşırığın yerinə yetirilməsi üçün qarşılıqlı əlaqə formatında çalışırlar. Clyde Vanel Nyu-York Ştat Assambleyasının internet və yeni texnologiyalar üzrə fəaliyyət göstərən alt komissiyasının rəhbəridir. Məlumatda qeyd edilib ki, Auto-GPT adlı sistemə Nyu-York ştatının qanunvericiliyinin analiz edilməsi, qanunvericilikdə boşluqların aşkar edilməsi, qanun layihəsinin və izahedici qeydin hazırlanması tapşırığı verilib.

Proses çərçivəsində insanların gördükləri iş isə sadəcə olaraq sistemə əmrləri göndərmək, parametrləri ayarlamaq və alqoritmi işə salmaq olub. Nəticədə sistem tərəfindən bir neçə qanun layihəsi tərtib edilib və onlardan biri Nyu-York ştatının silahla bağlı qanunvericilikdəki boşluqları necəsə aradan qaldırmağa çalışıb. Kirayə mənzillər bazarının tənzimlənməsi üçün nəzərdə tutulmuş qanun layihəsinə gəldikdə isə kirayə mənzil bazarının iştirakçıları və hüquqşünas qrupları bildiriblər ki, sözügedən qanun layihəsi lazım deyil. Çünki o, heç nəyə təsir göstərməyəcək.