"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Süni zəka HDMI naqilin şüalanması vasitəsilə monitor ekranından məlumatları oğurlamağı öyrənib

Aparılmış yeni tədqiqat onu göstərib ki, hakerlər süni zəkadan istifadə edərək kompüter və monitoru bir-birinə birləşdirən naqildən yayılan elektromaqnit şüalanmasını deşifrələyə və beləliklə monitorda əks olunan məlumatları oğurlaya bilərlər. Uruqvayda yerləşən Respublika Universitetinin alimləri monitor naqilindən şüalanan elektromaqnit şüalanmasını deşifrələməyi bacaran süni zəka modelini yaradıblar. Haker kompüter ilə monitoru birləşdirən VGAHDMI və ya DVI naqilin şüalanmasını ələ keçirir və daha sonra müvafiq siqnallar əsasında təlimatlandırılmış süni zəka modeli əldə edilmiş məlumatı deşifrələyir və daha sonra onu hakerə ötürür.
Bu cür kiberhücumun effektivliyinin qiymətləndirilməsi üçün mütəxəssislər monitor ekranında mətn formatında məlumatı əks etdirən standart proqram təminatından istifadə ediblər, HDMI naqil vasitəsilə monitora ötürülən siqnalı ələ keçiriblər, ələ keçirilmiş siqnalı mətnin təyin olunması üçün nəzərdə tutulmuş standart proqram təminatı vasitəsilə deşifrə ediblər və əldə edilmiş nəticəni monitor ekranında əks olunmuş orijinal məlumat ilə müqayisə ediblər. Məlum olub ki, əldə edilən siqnalın deşifrələnməsi prosesi çərçivəsində simvolların 30%-i düzgün şəkildə qeyd edilmir. Lakin bununla belə simvolların yerdə qalan 70%-i mətnin böyük hissəsini anlamaq üçün kifayət edir. Naqil vasitəsilə monitora ötürülən siqnalı distant şəkildə anten vasitəsilə ələ keçirtmək mümkündür. Beləliklə hakerlər bu cür texnologiyadan istifadə edərək kompüterlərin monitorlarını rahatlıqla izləyə bilərlər.