Süni zəka 2033-cü ilə qədər 4 günlük iş həftəsinə keçid imkanını verəcək
ChatGPT kimi süni zəka sistemlərinin inteqrasiyası 2033-cü ilə kimi ABŞ və Böyük Britaniyadakı işçilərin 28%-nin 4 günlük iş həftəsinə keçid etmələrinə imkan verə bilər. Bununla belə 4 günlük iş həftəsinə keçid edəcək işçilərin maaşlarında heç bir azalma olmayacaq. Öz yeni hesabatında bu cür nəticəyə Autonomy adlı analitik mərkəz gəlib. Söhbət, təqribi olaraq 8.8 milyon britaniyalıdan və 35 milyon amerikalıdan gedir.
Mütəxəssislərin fikirlərinə əsasən bunun sayəsində kütləvi işsizliyin qarşısını almaq və iş yerlərindəki stress vəziyyətlərinin aradan qaldırmaq mümkün olacaq. Aparılmış tədqiqat onu göstərib ki, Londonun şəhər ətrafı rayonları olan Elmbric və Uokinqem-dəki işçilərin 38%-i 4 günlük iş həftəsinə keçə bilərlər. ABŞ-da isə bu potensiala daha çox Massaçusets, Yuta və Vaşinqton ştatlarındakı işçilər sahibdirlər. Autonomy adlı analitik mərkləzin direktoru olan Will Stronge-nin fikrincə süni zəka biznes gəlirinin artması ilə yanaşı insanların iş ilə özəl həyatları arasındakı balansın təmin olunması üçün də istifadə edilməlidir.