"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini
inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında
irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"
Heydər Əliyev
"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının,
ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün
rabitə indi çox mühüm bir vasitədir"
Heydər Əliyev
"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon
rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac
və tələbatına daha çox fikir verməkdən ibarətdir"
Heydər Əliyev
"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan
işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"
Heydər Əliyev
"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir
vasitədir"
Heydər Əliyev
Süni intellektlə hazırlanmış ilk qısametrajlı film təqdim edilib!
OpenAI tərəfindən hazırlanan və süni intellektlə videolar yarada bilən Sora tərəfindən yaradılan ilk qısametrajlı film, işıq üzü görüb.
Dünyaca məşhur oyuncaq şirkəti "Toys R Us", yeni reklam kampaniyası çərçivəsində OpeanAI-nin Sora adlı qabaqcıl video süni intellektindən istifadə edərək yeni bir ilkə imza atıb. “The Origin of Toys R Us” adlı qısametrajlı film, bizə brendin qurucusu Charles Lazarus-un uşaqlığını və şirkətin necə yarandığını qısa bir hekayə ilə göstərir.
Toys R Us Studios və Native Foreign reklam agentliyi ilə birgə həyata keçirilən layihədə Open AI Sora, prosesin hər tərəfində fəal rol oynayıb. Layihənin hər mərhələsində, o cümlədən ssenarinin yazılması, vizual dizayn və bütün texniki detalların hazırlanmasında süni intellektdən istifadə edilib. Yuxarıdakı video ilə yarım dəqiqəlik treylerini izləyə biləcəyiniz filmin tam hissəsini bura klikləməklə izləyə bilərsiniz. Süni intellekt sənayesində yeni zəmin yaratması gözlənilən layihə, bu yeni texnologiyanın reklam sənayesindəki yaradıcı proseslərə necə inteqrasiya oluna biləcəyini də ortaya qoyur.