Cənubi Avstraliya Universitetinin alimləri ilk dəfə sistemli şəkildə nümayiş etdirdilər ki, süni intellekt çatbotları sağlam qidalanmaya, sistemli yuxuya keçərkən insanın ən yaxın köməkçisi ola bilər.
Cənubi Avstraliya Universitetində süni intellekt texnologiyasını təkmilləşdirən bir qrup alim bu dəfə çatbotu gündəlik istifadə üçün yararlı hala gətirib. Belə ki, yeni texnologiya istifadəçilərə fərdi və fəslə uyğun pəhriz proqramı təqdim edir, hər gün qəbul edilən qida miqdarına uyğun su miqdarı təyin edir və nə qədər idman etməli olduğunu müəyyənləşdirir.
Tədqiqatın baş həkimi Ben Sinqh qeyd edir ki, bu texnologiya gələcəkdə tibbi xidmət göstərə biləcək süni intellekt robotlarının prototipi hesab olunur.
Çatbota əlavə olunan daha bir funksiya onun xəstələrə ilkin psixoloji yardım göstərə bilməsidir.