"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Süni intellekt, öz yaradıcısının kompüterini çökdürüb!

Shlegeris-in inkişaf etdirdiyi Python əsaslı süni intellekt agenti, Anthropic-in böyük dil modeli Claude-dan istifadə edərək əmrlər yaradır və bu əmrləri noutbukunda icra edərək nəticələrə əsasən yeni addımlar atır. Lakin bu dəfə proses gözlənilməz şəkildə başa çatıb. Belə ki, YZ agenti SSH bağlantısı qurduqdan sonra sistem yeniləməsi etməyə qərar verib. Yeniləmə zamanı səbirsizlənərək Grub yükləyici konfiqurasiyasını dəyişən agent, masaüstü kompüterin artıq yüklənməsinə səbəb olub və açılmasını əngəlləyib.

Hadisədən sonra açıqlama verən Shlegeris, “Bu problemi yalnız çox diqqətsiz olduğum üçün yaşadım” deyə bildirib. Süni intellekt modelinə daha dəqiq təlimatlar versəydi, bu problemin yaşanmayacağını qeyd edən Shlegeris, buna baxmayaraq belə avtomatlaşdırmaların gətirə biləcəyi potensial riskləri araşdırmağın vacibliyini düşündüyünü əlavə edib. Shlegeris, masaüstü kompüterin yenidən açılmasını təmin edə bilməsə də, YZ agentindən istifadə etməyə davam edəcəyini bildirib. O, sistemi bərpa etmək üçün Ubuntu canlı diskindən istifadə etməyi və AI agentinə öz səhvini düzəltməsi üçün bir şans verməyi planladığını söyləyib. Bu hadisə süni intellekt avtomatlaşdırmasının hələ də sınaq mərhələsində olduğunu və insan nəzarəti olmadan kritik sistemlərdə istifadə edildikdə arzuolunmaz nəticələrə səbəb ola biləcəyini bir daha göstərir.