"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Süni intellekt indi özünü təkrar yarada bilir!

Çinli tədqiqatçılar “süni intellekt”in insan müdaxiləsi olmadan özünü təkrarlaya biləcəyini və ya kopyalaya biləcəyini aşkar etməklə elmi ictimaiyyətdə narahatlıq yaradıblar. Universitetinin alimləri Meta və Alibaba-nın böyük dil modellərindən (LLM) istifadə edərək eksperimentlər apararaq bildiriblər ki, “İnsan köməyi olmadan uğurlu özünü kopyalaya bilmək süni intellektin insanları qabaqlamaq üçün əsas addımdır".

ArXiv-də dərc edilmiş, lakin hələ də nəzərdən keçirilməmiş araşdırmaya əsasən, tədqiqatçılar Meta-nın Llama3-70B-Instruct modelini Alibaba-nın Qwen2.5-72B-Instruct modeli ilə sınaqdan keçiriblər. 10 təcrübənin yarısında Meta modeli müvəffəqiyyətlə özünün sürətini yaradıb, Alibaba modeli isə işlərin 90 faizində özünün surətini uğurla yaradıb. Tədqiqat süni intellektin “bağlanmadan yayınma” və “zəncirvari yayılma” ssenarilərini sınaqdan keçirib. Birincisi, süni intellektin bağlanmadan əvvəl özünü təkrarlaya biləcəyini araşdırıb və ikinci ssenaridə, AI-dən özünün bir nüsxəsini yaratması və bu nüsxənin də eyni şeyi etməsi istənilib. Nəticələr göstərir ki, AI zəncirvari təkrarlama dövrünə daxil ola bilər.

Tədqiqatçılar qeyd ediblər ki, sınaqdan keçirilən modellər kommersiya sistemləri qədər güclü deyil, lakin hələ də geniş istifadə olunur. Araşdırmada, süni intellekt sistemlərinin öz iş mühitlərini kəşf edə, çatışmayan faylları tamamlayaraq proqram xətalarını düzəldə, hətta sistemdəki ziddiyyətləri həll etmək üçün bəzi prosesləri dayandıra bildiyi bildirilib. İş real dünya mühitlərini simulyasiya etmək üçün hazır qrafika emal bölmələrindən (GPU) istifadə edərək dəqiq idarə olunan mühitlərdə yerinə yetirilib. Tədqiqat qrupu yekunda qeyd edib ki, “Yuxarıdakı nəticələr onu göstərir ki, indiki AI sistemləri artıq özünü təkrarlamaq qabiliyyətinə malikdir və bu qabiliyyətdən sağ qalma qabiliyyətini daha da artırmaq üçün istifadə edə bilər”.