"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Süni intellekt emosiyaları dərk etməkdə insanlardan daha yaxşıdır!

OpenAI kimi texnologiya nəhəngləri insan yerinə adi vəzifələri yerinə yetirəcək qədər inkişaf etmiş modellər üzərində çalışarkən, bu modellərin emosional zəka sahəsindəki performansı artıq göz ardı edilə bilməyəcək səviyyəyə çatıb. İsveçrənin Cenevrə və Bern universitetlərindən alimlərin birgə apardıqları yeni araşdırma, köhnə dil öyrənmə modellərinin emosional anlayışda insanları üstələdiyini ortaya çıxarıb. Beləliklə, süni intellekt artıq emosiyaları dərk etməkdə insanlardan belə daha yaxşıdır.

Communications Psychology jurnalında dərc edilən araşdırmada ChatGPT-4, Gemini 1.5 Flash, Claude 3.5 Haiku da daxil olmaqla altı aparıcı süni intellekt modeli sınaqdan keçirilib. Tədqiqatda real həyatdakı emosional reaksiyaları ölçmək üçün beş fərqli emosional testdən istifadə edilib. Bütün modellər insan iştirakçılardan üstün olub. Tədqiqatçılar bir qədər də irəli gediblər və ChatGPT-4-dən yeni emosional zəka sualları yaratmağı xahiş ediblər. Bu test tapşırıqları insanlar tərəfindən də təsdiqlənib və nəticə eyni qalıb.

Bu inkişaflar göstərir ki, süni intellekt təkcə texniki işlərdə deyil, həm də insan münasibətlərinin gərgin olduğu sahələrdə də istifadə edilə bilər. İnsanlara, xüsusən də böhran idarəetmə, məsləhət və psixoloji dəstək kimi həssas peşələrdə kömək edəcək yeni nəsil “emosional intellektli” maşınlar artıq uzaq bir imkan deyil. Bununla belə, süni intellekt bəzi sahələrdə hələ də insandan geri qalır və həmin sahələrdə insanın rolu əvəzedilməzdir.