Süni intellekt artıq heç bir müdaxilə olmadan təkbaşına kompüterləri idarə edə bilir!
Microsoft-un Copilot Vision funksiyası və OpenAI-nin ChatGPT üçün masaüstü tətbiqi, kompüterinizin ekranını görməyə əsaslanaraq süni zəka alətlərinin nələr edə biləcəyini artıq göstərmişdi. Google-un Android-dəki Gemini tətbiqi də oxşar bacarıqlara sahibdir. Ancaq Anthropic-in yeni funksiyası, bu imkanları bir addım da irəli apararaq süni zəkaya ekran üzərində aktiv tapşırıqları yerinə yetirmə bacarığı verir.
Anthropic tədqiqatçı Pujaa Rajan, Claude-a Golden Gate körpüsündə günəşin çıxmasını izləmək üçün gəzintiyə çıxmaq istədiyini deyir və süni zəkadan evdən nə vaxt çıxmalı olduğuna dair proqram tərtib etməsini xahiş edir. Ardınca süni zəka bir brauzer açır, günəşin çıxma vaxtlarını və gəzinti yerlərini tapır, Rajan-ın olduğu yerdən səyahət vaxtını hesablayır, sonra isə təqvimi açıb, lazımi məlumatı əlavə edir.
Anthropic, bu yeni funksiyanın hələ eksperimental mərhələdə olduğunu və bəzi çətinliklər yarada biləcəyini bildirir. Tərtibatçılar "kompüter istifadəsi" funksiyasının səhvlərə meyilli ola biləcəyi və bəzən çətinliklər yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Şirkət, bu funksiyanı erkən mərhələdə rəy toplamaq üçün yayımladığını və imkanların zamanla sürətlə təkmilləşdiriləcəyini ifadə edir. Xüsusilə Claude-un ekranı daim video axını şəklində izləmək əvəzinə ekran görüntülərini birləşdirərək gördüyü üçün bəzi qısa müddətli bildirişləri və ya hərəkətləri qaçırdığı qeyd olunur. Bundan əlavə, Claude-a sosial media ilə əlaqədə olmamaq və seçkilərlə bağlı fəaliyyətlərdən uzaq durmaq üçün bəzi məhdudiyyətlər qoyulduğu bildirilir.