"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Stock fotoların tərtibatı üçün yeni süni zəka platforması təqdim edilib

Getty Images şirkəti NVIDIA ilə birgə Generative AI by iStock adlı yeni platformanı təqdim edib. Sözügedən platforma mətn formatında təsvirlər əsasında stock fotoların tərtib edilməsi üçün nəzərdə tutulub. Bu yeni platforma daha öncə anons edilmiş Generative Getty Images adlı servisin inkişaf etmiş versiyasıdır. Lakin Generative AI by iStock yalnız stock kitabxanalar üçün fotoların tərtib edilməsinə istiqamətlənib.
Platforma NVIDIA-nın Picasso adlı süni zəka modeli əsasında çalışır. Məlumata əsasən sözügedən yeni platforma stock fotoların seçilməsi mövzusunda freelancer-lərin və kiçik biznesin işini sadələşdirə bilər. Servisdən istifadə haqqı 14.99$ təşkil edir. Bu qiymətə süni zəkaya göndərilməsi üçün nəzərdə tutulmuş 100 ədəd sorğu daxildir. Sistem hər sorğu üçün 4 müxtəlif foto tərtib edir.