"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Starlink-in lazer sistemi gündə 42 milyon GB məlumat ötürür!

SpaceX şirkətinin bütün dünyada tədricən istifadəyə verdiyi Starlink-in lazer sistemi gündə nə az, nə çox 42 milyon GB məlumat ötürür. Ümumiyyətlə, Starlink yüksək sürətli interneti müştərilərə ötürmək üçün radio dalğalarından istifadə etsə də, SpaceX gecikməni azaltmaq və sistemin qlobal əhatə dairəsini yaxşılaşdırmaq üçün şirkətin peyklərini lazer bağlantısı ilə təchiz edir.

SpaceX mühəndisinin verdiyi açıqlamaya görə, SpaceX-in Starlink üçün istifadə etdiyi lazer sistemi müştərilərə gündə 42 petabaytdan çox və ya 42 milyon GB məlumat ötürür. Şirkətin mühəndisi Travis Brashears, optika və işıq sahəsində ən son inkişaflara diqqət yetirən SPIE Photonics West tədbirində bildirib ki, “Biz hər gün 9000 lazer vasitəsilə saniyədə terabitlər üzərində məlumat ötürürük. Əslində, Starlink-də bütün istifadəçilərimizə bir müddət ərzində xidmət göstəririk”. Bununla belə, tədbirdə Starlink abunəçilərinin sayının 2,3 milyonu keçdiyi də açıqlanıb.

Mühəndisin açıqlamasına görə, bəzi hallarda bağlantılar həftələrlə saxlanıla və hətta 200 Gbit/s-ə qədər ötürmə sürətinə çata bilər. Texniki çətinliklərə baxmayaraq, şirkət 99%-dən çox lazer “bağlantı müddətinə” nail olduğunu da bildirir. Hazırda orbitdə olan Starlink peyklərinin əksəriyyəti “Gen 3” lazer keçid dizaynından istifadə edir. Lakin bu yaxınlarda şirkət texnologiyanı yeni “Gen 4” modeli ilə təkmilləşdirdi. Bundan əlavə SpaceX gələcəkdə lazer sistemini genişləndirməyi planlaşdırır.