"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Stability AI şirkətinin CEO-su: 'Süni zəka sayəsində artıq 5 ildən sonra proqramçı peşəsi yox olacaq'

Stability AI şirkətinin təsisçisi və CEO-su olan Emad Mostaque-nin fikrincə süni zəka əsaslı sistemlərin inkişafı sayəsində proqramçı peşəsi artıq 5 ildən sonra yoxa çıxacaq. “Biz, süni zəka ilə birgə olacaq gələcəyə qaçınılmaz bir şey kimi baxmalıyıq. Artıq indi GitHub-dakı proqram təminatı kodlarının 41%-i bu cür sistemlər tərəfindən tərtib edilib. 6 aydan sonra ChatGPT artıq Middle səviyyəsində proqramçı üçün imtahandan keçə biləcək. 5 ildən sonra isə proqramçı peşə kimi artıq mövcud olmayacaq” - deyə Emad Mostaque bildirib. Onun fikrincə süni zəkanın inkişafı sayəsində istənilən şəxs məhsul istehsalçısına çevrilə biləcək. O bildirib ki, standart süni zəka sistemlərinin hazırlanması ilə İT sahəsinin bir neçə lider şirkəti məşğul olacaq. Onların arasında Microsoft, Google, OpenAI və Stability AI kimi şirkətlər olacaq. Onlar biznes və müəssisələr üçün personallaşdırılmış süni zəka sistemlərini təqdim edəcəklər.