"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

SpaceX gələn il üçün 144 kosmik uçuş missiyası reallaşdırmağı hədəfləyib

SpaceX şirkəti 2024-cü ildə kosmosa çoxlu sayda raket göndərməyi planlaşdırır. Şirkətin keçən il reallaşdırmış kosmik uçuşların sayı ilə müqayisədə gələn il reallaşdırlacaq kosmik uçuşların sayında 136% artım olacaq. 2022-ci ildə SpaceX ümumilikdə 61 kosmik uçuş missiyası reallaşdırmışdı. Cari il hələ bitməsə də, şirkət artıq 74 kosmik uçuş missiyasını reallaşdırıb. Məlumata əsasən SpaceX gələn il kosmosa ümumilikdə 144 ədəd raket göndərməyi planlaşdırır. Yəni hər ay 12 ədəd raket uçuşu. Şirkətin fikrincə bu, reallaşdırılması mümkün olan məqsəddir. Belə ki, şirkət gün ərzində bir neçə uçuş missiyasını reallaşdırmaq potensialına sahibdir. Məsələn bu ilin mart ayında SpaceX kosmosa 2 ədəd Falcon 9 raketi göndərmişdi və onların arasında cəmi 5 saatlıq fasilə var idi.