Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən kadr potensialının formalaşdırılması və daha da gücləndirilməsi, işçilərin daim inkişaf etdirilməsi, onların bilik və bacarıqlarının artırılması istiqamətində layihələr həyata keçirilir. Belə ki, “Sosial tədbirlər layihəsi” çərçivəsində müxtəlif aktual mövzularda vebinarlar təşkil olunur.
31 yanvar tarixində “Rəqəmsal transformasiya və Süni intellekt: Yeni iş Dünyasının tələbləri” mövzusunda növbəti vebinar baş tutub.
Nazirliyin əməkdaşı Nərmin Hacıyevanın təqdimatında keçirilən vebinarda rəqəmsal transformasiya, bulud texnologiyaları, Data analitikası, Süni intellekt və iş dünyasında analiz nədir, o cümlədən rəqəmsal texnologiyalardan necə faydalana biləcəyimiz haqqında videomateriallar əsasında məlumatlar verilib.
Həmçinin, təqdimat sırasında mövzu ilə bağlı sorğu və anketlər də keçirilib.