"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Sosial tədbirlər layihəsi davam edir

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən kadr potensialının formalaşdırılması və daha da gücləndirilməsi, işçilərin daim inkişaf etdirilməsi, onların bilik və bacarıqlarının artırılması istiqamətində layihələr həyata keçirilir. Belə ki, “Sosial tədbirlər layihəsi” çərçivəsində müxtəlif aktual mövzularda vebinarlar təşkil olunur.
Belə ki, 21 fevral tarixində Nazirliyin aparatının və tabeli qurumlarının əməkdaşları üçün “Penetration Testing Texnikaları” mövzusunda növbəti vebinar keçirilib.
Nazirliyin əməkdaşı Kənan Hüseyinəliyevin təqdimatında keçirilən vebinarda veb-saytlarda, kompüter sistemlərində, şəbəkələr və apilkasiyalar üzərində boşluqların aşkar edilməsi və aradan qaldırılması üçün həyata keçirilən üsullar haqqında məlumat verilib.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.