Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən kadr hazırlığı prioritet olmaqla, əməkdaşların aidiyyəti sahələr üzrə zəruri biliklərə yiyələnmələri hər zaman diqqətdə saxlanılır. 12 yanvar 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları üçün “Qeyri səlis məntiq nəzəriyyəsi” mövzusunda vebinar keçirilib. Nazirliyin əməkdaşı Həsən Cəfərov Lütfi Zadə yaradıcılığında əhəmiyyətli yer tutan Qeyri-səlis məntiq nəzəriyyəsinin üstünlükləri, əsas anlayışlarının təhlili və fəlsəfi mahiyyəti, o cümlədən, bu nəzəriyyənin insan təfəkkürünün öyrənilməsi və modelləşdirilməsi istiqamətində əhəmiyyəti barəsində ətraflı məlumatlar verib. Sual-cavab şəklində davam edən təlimdə iştirakçıların mövzu ilə bağlı təklifləri dinlənilib. Məlumat üçün bildirilir ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Sosial tədbirlər” layihəsi çərçivəsində Nazirliyin Aparatının və tabeli qurumlarının əməkdaşları üçün hər həftə vebinar təşkil olunur.
Qeyd edək ki, 2023-cü ilin müvafiq dövrlərində müxtəlif aktual mövzularda 12 vebinar keçirilib