Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 23 fevral 2024-cü il tarixdə “Sosial tədbirlər layihəsi” çərçivəsində hamilikdə olan Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin tələbələri ilə "Şəbəkələşmə görüşü" keçirib. Onlayn görüş çərçivəsində tələbələrə Nazirliyin əməkdaşları ilə birlikdə komandalara bölünərək nəqliyyat, poçt, sosial media, süni intelekt, əşyaların interneti, şəbəkə texnologiyaları, audio, video texnologiyalar və müasir dizayn proqramları üzrə təqdimatlar hazırlanması tapşırılıb.