Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Nazirliyin Aparatının və tabeli qurumlarının əməkdaşları üçün “Sosial tədbirlər” layihəsi çərçivəsində müxtəlif aktual mövzularda vebinarlar təşkil olunur.
17 noyabr 2023-cü il tarixdə Nazirliyin əməkdaşı Sədaqət Əsgərov tərəfindən “Virtual maşın ilə docker arasındakı fərqlər” mövzusunda vebinar keçirilib. Docker və Virtual maşınlar arasında olan fərqlər slaydlar vasitəsilə iştirakçıların nəzərinə çatdırılıb.
Sonda suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən kadr hazırlığı prioritet olmaqla, əməkdaşların aidiyyəti sahələr üzrə zəruri biliklərə yiyələnmələri hər zaman diqqətdə saxlanılır.