Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən kadr hazırlığı prioritet olmaqla, əməkdaşların aidiyyəti sahələr üzrə zəruri biliklərə yiyələnmələri hər zaman diqqətdə saxlanılır.
05 aprel 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları və Nazirliyin tabeli qurumlarında istehsalat təcrübəsi keçən tələbələr üçün “Sosial media və media mədəniyyəti” mövzusunda vebinar keçirilib.
Naxçıvan Dövlət Universitenin İnformasiya texnologiyaları ixtisası üzrə IV kurs tələbəsi Bayramova Ülviyyə sosial medianın insanların həyatında rolu, sosial mediadan istifadə, media mədəniyyəti o cümlədən, sosial şəbəkələrin üstünlükləri və mənfi cəhətləri barəsində ətraflı məlumatlar verib. Sual-cavab şəklində davam edən təlimdə iştirakçıların mövzu ilə bağlı təklifləri dinlənilib.
Məlumat üçün bildirilir ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Sosial tədbirlər” layihəsi çərçivəsində Nazirliyin Aparatının və tabeli qurumlarının əməkdaşları üçün hər həftə müxtəlif aktual mövzularda vebinarlar təşkil olunur.