"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Snapdragon 8 Gen 3 prosessoru iki versiyada təqdim ediləcək

İnternetdə Qualcomm əməkdaşı ilə şirkət partnyoru və ya sifarişçisi arasındakı yazışmanın bir hissəsi olduğu iddia edilən foto ortaya çıxıb. Ortaya çıxmış fotodan belə qənaətə gəlmək olar ki, Qualcomm şirkəti eyni ada sahib iki müxtəlif flaqman prosessoru təqdim etməyə hazırlaşır. Məlumata əsasən Qualcomm Snapdragon 8 Gen 3 prosessorunu 2 müxtəlif texnoloji prosesin istesahlı ilə hazırlayacaq. Söhbət, TSMC şirkətinin 4 nanometrlik və 3 nanometrlik texnoloji proseslərindən gedir. Ortaya çıxmış fotoda yeni prosessorun nəyə görə fərqli texnoloji proseslər əsasında hazırlanacağı qeyd edilməyib. Lakin qeyd edilib ki, hər iki prosessor özündə Cortex-X4 və Cortex-A720 nüvələrini birləşdirəcəklər. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 3 prosessoru gələn ayın sonunda təqdim ediləcək.