Ümumiyyətlə bu günlərdə hərkəs smartfonuna fərqli metodlardan istifadə edərək kilid qoyur. Bəzən bu kilid metodları barmaq izi, üz tanıma və ya standart parol ola bilər. Barmaq izi və üz tanıma kimi kilid metodlarının daha əvvəl hakerlər tərəfindən saniyələr içərisində sındırıldığı məlum idi. Lakin indi alimlər bildirir ki, smartfondakı barmaq sürüşdürmə səsi ilə belə standart kilidinizi aşkar etmək mümkün olacaq. Belə ki, bir qrup amerikalı və çinli alim, insan barmağının barmaq izini təşkil edən papilyar xətlərin naxışını barmağı sürüşdürərkən çıxardığı səsi təhlil edərək yenidən qurmağa imkan verən texnika hazırlayıb. PrintListener adlı bu texnika olduqca maraq cəlb edib.
Barmaq izi əsaslı sistem təhlükəsizlik texnologiyası indi ən geniş yayılmış və ən etibarlı kilid metodlarından biridir. Hətta bu kilid texnologiyası bu sürətdə inkişaf edərsə barmaq izi identifikasiyası həlləri bazarı 2032-ci ilə qədər təxminən 100 milyard dollara çatacaq. Lakin alimlər bildirir ki, smartfondakı barmaq sürüşdürmə səsi ilə kilidinizi aşkar ediləcək. Qeyd edək ki, test nəticələrinə görə, elm adamları sadəcə yüzdə 0,01 AR təhlükəsizlik parametrində beş cəhddən 27,9 faizə qədər qismən və 9,3 faizə qədər isə tam barmaq izi əldə etməklə uğur qazanıblar.
Belə bir hücumu həyata keçirmək üçün, bir təcavüzkarlın mobil cihazdakı mikrofona daxil olması lazım gəlir. Həmçinin istifadəçi Discord, Skype, WeChat və FaceTime kimi barmaq sürüşdürmə kilidi ilə təchiz edilə bilən proqramlardan istifadə etməlidir. Tədqiqatın müəllifləri pektral analiz üsullarından istifadə edərək barmağın sensor ekrana sürtülməsi zamanı zəif səs problemini həll ediblər. Həmçinin tədqiqat aparılarkən istifadəçinin fizioloji və davranış xüsusiyyətlərini nəzərə alınıb.