"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Samsung yenilənmiş Bixby səsli köməkçisini istifadəyə verməyə hazırlaşır

Ortaya çıxmış yeni məlumata əsasən Samsung şirkəti Galaxy S25 smartfonlarının satışları ilə birlikdə özünün Bixby adlı səsli köməkçisinin yenilənmiş versiyasını istifadəyə verəcək. Məlumatda qeyd edilib ki, Bixby-nin yenilənmiş versiyası Samsung-un ChatGPT və Google Gemini tərzində fərdi böyük dil modeli əsasında çalışacaq. Nəticədə istifadəçi Bixby ilə daha təbii şəkildə qarşılıqlı əlaqədə ola biləcək və səsli köməkçini müxtəlif tətbiqlərə inteqrasiya etmək mümkün olacaq.
Gözləntilərə əsasən Bixby-nin yenilənmiş versiyası istifadəyə veriləcək OneUI 7.0 istifadəçi interfeysinin bir hissəsinə çevriləcək. OneUI 7.0-ın Galaxy S25 smartfonları ilə yanaşı Samsung-un daha köhnə smartfonlarında da aktiv olacağını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, yenilənmiş Bixby həmçinin həmin köhnə smartfonlarda da istifadəyə veriləcək. Yenilənmiş Bixby-nin məlumatları müxtəlif tətbiqlərdən əldə edə biləcəyi və müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün müxtəlif tətbiqlərə qoşula biləcəyi gözlənilir.