30 yanvar 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Rahid Ələkbərli tərəfindən Şahbuz rayonunda vətəndaş qəbulu keçirilib.
Qəbulda vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Bəzi müraciətlər cavablandırılıb, digər müraciətlərin araşdırılması üçün nəzarətə götürülüb.
Qeyd edək ki, növbəti vətəndaş qəbulu 31 yanvar 2024-cü il tarixdə Culfa rayonunda keçiriləcəkdir.