"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Şahbuz rayonunda sakinlərə nümunəvi rabitə və internet xidmətlərinin göstərilməsi uğurla davam etdirilir

 

        Rabitə sahəsində gedən sürətli inkişaf, fiber-optik xətlərin çəkilməsi, yüksəksürətli internet şəbəkəsinin yaradılması, kommunikasiya xidmətlərinin müasir tələblər səviyyəsində qurulması hər keçən gün genişzolaqlı internet istifadəçilərinin sayının artmasına şərait yaradır.

         Şahbuz rayonunda da sakinlərin müasir internet və rabitə xidmətləri ilə təmin edilməsi cari ilin ötən dövründə də uğurla davam etdirilib. Bu məqəsdlə keyfiyyətli, kəsintisiz və çoxçeşidli rabitə xidmətlərinin təşkili məqsədilə Şahbuz şəhərində, Keçili, Külüs, Türkeş, Qızıl Qışlaq, Güney Qışlaq, Kükü, Kolanı kəndlərində rabitə xətt təsərrüfatında müxtəliftutumlu kabellərdə təmir işləri aparılıb, istismara yararsız dirəklər metal dirəklərlə əvəz olunub, yeni telefon paylayıcı şkaf quraşdırılıb və abunə qutularından sakinlərin mənzillərinədək olan məsafədə rabitə xətlərində olan nasazlıqlar aşkar edilərək aradan qaldırılıb. Cari ilin yanvar-may ayları ərzində 28 abonent yeni stasionar telefon xətti ilə, 123 istifadəçi isə ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunub.

Qeyd olunanlarla yanaşı, Nazirliyin səlahiyyətli mütəxəssislərinin iştirakı ilə rayonda  monitorinqlər aparılıb, istismar müddəti ərzində rabitə xətt və abunə qurğularında yaranmış nasazlıqlar aradan qaldırılıb, müasir telekommunikasiya avadanlıqlarından istifadə edilərək internet verilişində qırılmaların qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.