Səs vasitəsilə insan emosiyalarını təyin etməyi bacaran süni zəka modeli yaradılıb
Kanadanın Monreal şəhərində yerləşən Concordia Universitetinin aspirantı Alaa Nfissi səs vasitəsilə insan emosiyalarını təyin etməyi bacaran süni zəka modelini yaradıb. Yaradılmış süni zəka modeli psixoloji yardım məqsədli telefon xətlərinə zəng edən şəxslərin səslərində qorxu və narahatlıq kimi emosiyaların təyini üçün effektiv alətə çevrilib. Alaa Nfissi ümid edir ki, bu süni zəka modeli sui-qəsd hallarının aradan qaldırılmasına istiqamətlənmiş telefon xətlərində çalışan operatorlara faydalı ola biləcək. Mövcud sui-qəsd riski səviyyəsi ilə əlaqədar olaraq bu cür telefon xətlərinə zəng edən şəxslərin hansı emosional vəziyyətdə olmalarının qiymətləndirilməsi ola biləcək sui-qəsd halının qarşısını almaq məsələsində həlledici rol oynayır.
İnsan nitqi onun hansı psixoloji və ya emosional vəziyyətdə olmasına dair faydalı məlumatları təqdim etmək imkanına sahibdir. Bunun üçün insan nitqi şəxsin kədər, qəzəb və ya qorxu hissinə sahib olmasına dair ipuculara sahibdir. Sui-qəsd məqsədli nitqlərin tədqiqatlarına hələ 30 il bundan öncə start verilmişdi. İndi mütəxəssislər bu cür nitqlərdə obyektiv səs əlamətlərini təyin edə bilirlər. Həmin səs əlamətlərini müxtəlif psixoloji vəziyyətlərin və ya pozğunluqların təyinində istifadə etmək olar. Lakin telefon üzərindən həmsöhbət şəxsi dinləyən insan üçün sui-qəsd riskinin qiymətləndirilməsi çox qəliz tapşırığa çevrilir. Çünki bu cür telefon xətlərinə zəng edən şəxslər qeyri-stabil emosional vəziyyətə sahib olurlar.
Bu səbəbdən də onların nitqlərinin özəllikləri sürətlə dəyişə bilər. Alaa Nfissi isə öz növbəsində bu problem üçün öz həll üsulunu təklif edib. O, yaratmış olduğu süni zəka modelinə nitq emosiyalarının təyini bacarığını öyrədib. Sözügedən süni zəka modelinin təlimatlandırılması üçün Nfissi psixoloji yardım məqsədli telefon xətlərinin real zəng yazılarından təşkil edilmiş məlumatlar bazasını və müəyyən emosiyaların təqlid edilməsi tapşırığını yerinə yetirmiş aktyorların yazılarını istifadə edib. Yazılar hissələrə bölünüb və onlara müvafiq psixoloji vəziyyəti (qəzəb, kədər, qorxu, narahatlıq və neytral vəziyyət) əks etdirən qısa təsvirlər əlavə edilib. Nəticədə süni zəka modeli dörd emosiyanı düzgün şəkildə təyin etməyi bacarıb.
Qorxu/narahatlıq (82% halda düzgün təyin), kədər (77% halda düzgün təyin), qəzəb (72% halda düzgün təyin) və neytral vəziyyət (78% halda düzgün təyin). Süni zəka modeli real zənglərdən təşkil edilmiş yazıların qiymətləndirilməsinin öhdəsindən daha yaxşı gəlib. Belə ki, bu halda qorxu emosiyası 78% halda, qəzəb emosiyası isə 100% halda düzgün təyin edilib. Alaa Nfissi hesab edir ki, yaratmış olduğu süni zəka modeli psixoloji yardım məqsədli telefon xətlərində çalışma üçün yardımçı alət qismində istifadə edilə bilər.