Muxtar respublikanın sosial-iqtisadi inkişafı istiqamətində reallaşdırılan məqsəsdyönlü tədbirlər yeni texnologiyaların və rabitə sahəsinin inkişafına da əsaslı zəmin yaradıb.
Yaşayış məntəqələrində aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri çərçivəsində müasir rabitə infrastrukturu yaradılır, yeni avadanlıqlar quraşdırılmaqla xidmətlərin səviyyəsi yüksəldilir.
Quruculuq tədbirləri Şərur rayonunun Tənənəm kəndini də əhatə edib. Hazırda kənddə telekommunikasiya şəbəkəsi yenidən qurulur.
Yenidənqurma işləri çərçivəsində rabitə xətt təsərrüfatında əsaslı təmir işləri aparılır, köhnə taxta rabitə dirəkləri çıxarılaraq yeni metal dirəklərlə əvəz olunur, müxtəlif tutumlu yararsız kabellər dəyişdirilir. Təmir işləri zamanı 1 ədəd telefon paylayıcı şkafın yerinin dəyişdirilməsi, 30 ədəd abonent qutusunun, 1500 metrə yaxın fiber-optik xətlər və müxtəliftutumlu hava və yeraltı kabellərin istifadəsi nəzərdə tutulur.
Həyata keçirilən tədbirlər sakinlərin keyfiyyətli rabitə və internet xidmətlərindən istifadəsinə zəmin yaradacaqdır.