Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini-nazir vəzifəsini icra edən Rahid Ələkbərli 27 noyabrda Şərur rayonunda növbəti vətəndaş qəbulunu həyata keçirib.
Görüşdən əvvəl Rahid Ələkbərli və Şərur rayon icra hakimiyyətinin başçısı Kamal Cəfərov Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şərur şəhərində əzəmətlə ucalan abidəsini ziyarət edib və önünə gül dəstələri qoyublar.
Şonra Şərur Rayon Rabitə İdarəsində keçirilən qəbulda rayon sakinlərinin internet, telekommunikasiya, o cümlədən nəqliyyat və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib.
Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Sağlamlıq imkanı məhdud şəxslərin də iştirak etdiyi qəbulda, ümumilikdə 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq