"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Şərur Rayon İcra Hakimiyyətinin saytı yenidən hazırlanıb

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada rəqəmsal idarəçiliyin tətbiq edilməsi, rəqəmsallaşmaya sürətli keçidin təmin olunması, o cümlədən dövlət qurumlarına aid veb səhifələrinin yenidən hazırlanaraq dövlət internet şəbəkəsində yerləşdirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq Nazirliyin mühəndis-proqramçıları tərəfindən Şərur rayonunun İcra Hakimiyyətinin veb-saytı yenidən hazırlanaraq AzStateNet şəbəkəsinə köçürülüb. 

İstifadəçi rahatlığını nəzərə alaraq veb-sayt müxtəlif cihazların ekran ölçülərinə uyğun və innovativ yeniliklər əsasında müasir proqramlaşdırma üsullarından istifadə edilərək hazırlanıb. Həmçinin, internet resursu dizayn, quruluş və məzmun baxımından da istifadəçilər üçün əlçatan olması ilə də fərqlənir.

Hazırda sayta www.sherur-ih.gov.az ünvanından daxil olmaq mümkündür.

Yeni hazırlanan internet səhifəsinin domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresi ilə təmin edilib.