"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Səhiyyə Nazirliyinin veb-saytı yenilənib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mühəndis-proqramçıları tərəfindən Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin rəsmi internet saytı müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi məqsədilə yenilənib.
Veb-sayt (www.nsehiyye.gov.az) həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, yeni bölmələr əlavə edilib.
İstifadəçi rahatlığını nəzərə alaraq veb-sayt müxtəlif cihazların ekran ölçülərinə uyğun və innovativ yeniliklər əsasında hazırlanan sayt dizayn, quruluş və məzmun baxımından da istifadəçilər üçün əlçatan olması ilə fərqlənir.
Yenilənmiş informasiya resursu müvafiq qaydada təhlükəsizlik tədbirləri aparıldıqdan sonra AzStateNet şəbəkəsində yerləşdirilib. Saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə “gov.az” domeninə bağlı e-poçt adresi ilə təmin olunub.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında rəqəmsallaşdırma istiqamətində görülən zəruri tədbirlər davam etdirilir. Cari ilin ötən dövründə 28 qurumun veb-saytı yenilənməklə AzStateNet şəbəkəsinə köçürülüb.