"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Rusiya Nəqliyyat Universiteti Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa əsasən, 2025 – 2026-cı tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrə müsabiqə elan olunur.

Müsabiqədən keçən namizədlər Rusiya Federasiyasının Rusiya Nəqliyyat Universitetində (Российский университет транспорта (МИИТ)) təhsil almaq üçün təqaüd proqramından yararlana bilərlər. Təqaüd proqramı Azərbaycanda nəqliyyat sahəsində gənc milli kadrların hazırlanması məqsədi daşıyır.

Universitetdə təhsil dərəcələrinə bakalavr, spesialitet, magistratura daxildir. Burada, həmçinin rus dili üzrə universitetə hazırlıq fakültəsi mövcuddur. Təhsilin forması əyanidir. Tədris rus dilində aparılır.

Təminat:

 

Müsabiqədə iştirak edə bilər:

 

Seçim turları:

 

Ərizələrin qəbul tarixi: 18.12.2024 – 05.01.2025

Qeydiyyat üçün bu link keçid edə bilərsiniz.

Testlərdən uğurla keçən və universitetə qəbul olunanlardan bu sənədlər tələb olunacaq:

 

Məlumat üçün bildirək ki, Rusiya Nəqliyyat Universiteti Rusiya Federasiyasının aparıcı milli nəqliyyat universiteti olmaqla yanaşı, həm də ən böyük sənaye universitetidir. Bu ali məktəb nəqliyyat sənayesinin inkişafı üçün kadr təminatı və elmi dəstək üçün baza platforması rolunu oynayır.

Təhsil müddətini uğurla başa vuran tələbələrə Azərbaycana qayıtdıqdan sonra nəqliyyat sahəsində fəaliyyət göstərən qurumlara işə qəbul zamanı üstünlük veriləcək.