"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Robotlar başqa bir peşəni daha məhv edə bilər!

Son dövrlərdə daim robot texnologiyaları ilə qarşılaşmaq artıq adi bir hala çevrilib. Belə ki, bu texnologiyalardan bəziləri hələ bizə uzaq görünsə də, bəziləri gündəlik həyatımızı xeyli asanlaşdıra bilər. Bunlardan biri də Cənubi Koreya istehsalı olan avtomobillərimizi park edən robotlar ilə bağlıdır.

Əgər siz dəqiqələrlə avtomobilinizi park etmək üçün yer axtarmaqdan yorulmusunuzsa və ya dar məkanlara girməkdə çətinlik çəkirsinizsə, Cənubi Koreya bunun üçün də çarə tapıb. Cənubi Koreya Asiya sənaye robot inqilabına rəhbərlik edir. 2024-cü il Dünya Robototexnika Hesabatına görə, ölkədə hər 10 000 işçiyə 1102 robot düşür. Hətta, bu rəqəmlər Cənubi Koreyanı işçi qüvvəsinin avtomatlaşdırılmasında birinci yerə yüksəldir. Valet robotunun Cənubi Koreyadan gəlməsi də heç təəccüble deyil. Cənubi Koreyanın HL Mando şirkəti sahə sınaqlarına başladığı “Parkie” adlı valet robotları ilə fərq yaradıb.

Avtonom robot heç bir müdaxilə tələb etmədən superkarlar və yolsuzluq avtomobilləri də daxil olmaqla bir çox növ avtomobilləri park edə bilir. Xüsusən də insanların sıx olduğu şəhərlərdə park yeri tapmaq çətinliyi sürücüləri kifayət qədər bezdirə bilər. Cənubi Koreyalı mühəndislər də bu problemi həll etmək üçün Parkie robotunu hazırlayırlar. Robot avtomobili götürür, təhlükəsiz şəkildə ən uyğun yerdə park edir və lazım olduqda geri qaytarır. Hündürlüyü 9 sm olan robot avtomobili park etməzdən əvvəl onun çəkisini, təkər bazasını, dövlət nömrə nişanını və yol şəraitini müəyyən edir və hərəkətə keçir. 4-cü səviyyəli avtonom sürüş texnologiyası ilə işləyən ağıllı sistem qabaqcıl sensorlar və süni intellekt alqoritmləri sayəsində ətrafı qavrayaraq ən uyğun parklama manevrlərini edə bilir. O, hətta dar yerlərdə belə əla parkinq imkanları təklif etməklə sürücülərin həyatını asanlaşdırır. Beləliklə, park yeri axtarışı problemi sona çatır və vaxta qənaət edilir. Qeyd edək ki, bu robot Parkie CES 2024 sərgisində “İnnovasiyaların Ən Yaxşısı” mükafatını alıb.