"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Robot tərəfindən hazırlanmış rəsm hərraca çıxarılacaq

Sotheby’s adlı hərrac evi 31 oktyabr tarixində Digital Art Day Auction adlı online hərracı təşkil edəcək. Baş tutacaq bu online hərrac rəqəmsal incəsənətə həsr edilib. Hərraca çıxarılacaq maraqlı lotlardan biri də süni zəka vasitəsilə çalışan insanabənzər robot tərəfindən hazırlanmış rəsmdir. Rəsm “A.I. God. Portrait of Alan Turing” adlanır. Bu, ilk haldır ki, böyük hərrac evi belə bir lotu satışa çıxarır. Məlumata əsasən sözügedən rəsmin 100 000-150 000 funt sterlinqə satılacağı güzlənilir. Qeyd etmək lazımdır ki, rəsmdə britaniyalı riyaziyyatçı və kriptoqraf Alan Turing əks olunub. O, informatikanın “atası” hesab edilir. Rəsm süni zəka sisteminə sahib Ai-Da adlı robot tərəfindən tərtib edilib. Sözügedən robot 2019-cu ildə Oksford Universitetində hazırlanıb və ingilis riyaziyyatçı Ada Lovelace-ın şərəfinə adlandırılıb. “A.I. God. Portrait of Alan Turing” rəsmi Ai-Da robotu tərəfindən tərtib edilmiş digər 4 rəsm ilə birlikdə bu ilin may ayında BMT-də sərgilənmişdi.